...

Kriminalistika üzrə ekspert AŞ-nin Azərbaycanda yeni xüsusi nümayəndəsi təyin olunub

Siyasət Materials 17 May 2006 10:44 (UTC +04:00)

Avropa Şurasının (AŞ) baş katibi Terri Devis Denis Brebosianı Azərbaycanda yeni xüsusi nümayəndə təyin edib. Bu barədə Trend ə AŞ-nin Bakıdakı informasiya ofisindən məlumat verilib.

Denis Brebosia Belçika vətəndaşıdır. Xüsusi nümayəndə təyin olunanadək AŞ Parlament Assambleyasının hüquqi məsələlər üzrə direktoratlığında kriminalistika məsələləri ilə məşğul olub.

D. Brebosia Bakıya 2006-cı il iyunun əvvəlində gələcək. Xüsusi nümayəndənin mandat müddəti 2 ildir.

Xəbər lenti

Xəbər lenti