...

Azərbaycan XİN başçısı Strasburqa yola düşüb

Siyasət Materials 18 May 2006 11:46 (UTC +04:00)

Mayın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Strasburqa yola düşüb. Bu barədə Trend ə Azərbaycan XİN-dən məlumat verilib.

Səfərdə məqsəd Avropa Şurası Nazirlər Komitəsinin mayın 18-20-də keçiriləcək iclasında iştirak etməkdən ibarətdir.

Nazir, həmçinin, bir sıra görüşlər keçirmək, o cümlədən təşkilatın məsul şəxsləri ilə də görüşmək niyyətindədir. AŞ-nin baş katibi Terri Devisin dəvəti ilə nazirlərin BMT baş katibinin Kosovoya statusun verilməsi məsələsi üzrə xüsusi nümayəndəsi Marti Axtisaari ilə qeyri-rəsi görüşü keçiriləcək.

Nazirin ATƏT-in Minsk Qrupu həmsədrləri və Ermənistan XİN başçısı Vardan Oskanyanla görüşəcəyi və məsləhətləşmələr aparacağı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti