...

AXCP Ali Məclisinin iclası keçirilib

Siyasət Materials 20 May 2006 15:14 (UTC +04:00)

Mayın 20-dəAzərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisnin iclası keçirilib. Bu
barədə Trend ə AXCP-dən məlumat verilib.

İclasda ölkədəki ictimai-siyasi vəziyyət, partiya daxili məsələlər, təkrar parlament seçkilərinin yekunları, AXCP-nin "Azadlıq" blokunda fəaliyyəti, həmçinin "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin döyülməsi faktı ilə bağlı müzakirələr aparılıb. Ali Məclis üzvləri jurnalistə qarşı törədilən zorakılığı pisləyiblər. Ali Məclis adından bəyanat qəbul olunub.

AXCP sədri Əli Kərimli ölkədəki ictimai-siyasi vəziyyətə dair məruzə ilə çıxış edib, partiyanın 2006-cı ildə fəaliyyət istiqamətləri haqqında danışıb, həmçinin təkrar parlament seçkiləri ilə bağlı mövqeyini diqqətə çatdırıb. O, həmçinin "Azadlıq" Siyasi blokunun ölkə həyatının müxtəlif sahələrində islahatlara dair hazırladığı sənədlər barədə məlumat verib.

İclasda Ali Məclisin Rəyasət Heyəti üzvlərinin sayının 22-dən 25-ə qədər artırılmasına qərar verilib. Rəyasət Heyətinə 3 nəfər yeni üzv seçilib.

Xəbər lenti

Xəbər lenti