...

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədr müavini Vaşinqtona gedib

Siyasət Materials 22 May 2006 10:42 (UTC +04:00)

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov ABŞ Beynəlxalq İnkişaf Agentliyi və START İştirakçı Təlim Proqramı tərəfindən idarə olunan "Dövlət siyasəti və strategiyaların inkişafı" proqramında iştirak etmək üçün Iaşinqtona gedib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Təlim proqramının məqsədi inkişaf etməkdə olan ölkələrin nümayəndələrinə elektron hökumətin uğurlu, səmərəli, dəqiq, eyni zamanda Avropa Birliyinin, Dünya Ticarət Mərkəzinin standartlarına və müvafiq ölkənin iqtisadi reallıqlarına uyğun şəkildə təqdim edilməsi üsullarının öyrədilməsidir.

Tədbirin sonunda parlament və hökumət nümayəndələri arasında geniş fikir mübadiləsi aparılacaq. Tədbir iyunun 4-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti