...

Avropa Azərbaycanlı Tələbələr Şəbəkəsi yaradılacaq

Siyasət Materials 24 May 2006 19:16 (UTC +04:00)

Avropa ali məktəblərini bitirmiş və hazırda orada təhsil alan azərbaycanlı gənclərin bir qrupu Avropa Azərbaycanlı Tələbələr Şəbəkəsi yaratmaq üçün mayın 29-da Brüsseldə, Avropa Parlamentinin binasında forum keçirəcəklər. Trend xəbər verir ki, məqsəd Azərbaycanın Avropa İttifaqına (Aİ) inteqrasiyasına dəstək vermək və olkəmizin mənafeyinin Aİ səviyyəsində qorunmasına yardım etməkdir.

Forumun təşkilat komitəsindən AzərTAC-a bildiriblər ki, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyəti rəhbərliyinin iştirakı ilə keçiriləcək tədbirdə Avropa İttifaqı-Azərbaycan Parlament əməkdaşlığı Komitəsinin həmsədri xanım Anna Mariya İşler Biguin və ölkəmizin Aİ-dəki daimi nümayəndəliyinin başçısı Arif Məmmədov çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti