...

Rusiya müdafiə nazirinin Bakı səfərinin proqramı açıqlanıb

Siyasət Materials 30 May 2006 15:00 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, bu gün Rusiya baş nazirinin müavini, müdafiə naziri Sergey İvanov MDB Müdafiə Nazirləri Şurasının (MNŞ) mayın 31-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Bakıya gəlir.

Müdafiə Nazirliyindən verilən məlumata əsasən, iclasa Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın müdafiə nazirlikləri nümayəndə heyətlərinin rəhbərləri, MDB İcraiyyə Komitəsi və MDB MNŞ katibliyi nümayəndələrinin qoşulması planlaşdırılır.

Çərşənbə axşamı iclasda iştirak edəcək nümayəndələrin hazırlıq görüşü keçiriləcək. Mayın 31-də iclasda MDB dövlətlərinin hərbi əməkdaşlıq məsələləri müzkirə ediləcək. İyunun 1-də S.İvanovun Azərbaycanın baş naziri və prezidenti ilə görəşməsi, eləcə də Şəhidlər Xiyabanı və Heydər Əliyevin qəbrinə baş çəkməsi gözlənilir.

S.İvanovun səfər ərəfəsində bildirdiyinə görə, o Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək, xüsusilə də, Ukraynanın müdafiə naziri Anatoliy Qritsenko ilə. Onun sözlərinə görə, görüşdə hava hücumundan müdafiə sahəsində qarşılıqlı fəaliyyət məsələləri, eləcə də operativ hazırlıqla bağlı məsəllər müzakirə olunacaq. MNŞ-nin son iclası 2005-ci ilin noyabrında Moskvada keçiriib. Nazirlər işin yekunlarını vurub və 2006-cı ilə əməkdaşlıq perspektivlərini nəzərdən keçirib. Bu barədə "RİA Novosti" xəbər verib.

Xəbər lenti

Xəbər lenti