...

Sergey İvanov: Moskva Gürcüstandakı rus sülməramlılarının rotasiyasını ləğv etməyi planlaşdırmır

Siyasət Materials 31 May 2006 15:16 (UTC +04:00)

Rus sülhməramlılarının Gürcüstandakı fəaliyyəti haqqında sazişdə viza rejimi barədə heç nə deyilmir. Bu barədə, Trend" agentliyinin məlumatına əsasən, mayın 31-də Bakıda keçirilən mətbuat konfransında Rusiyanın müdafiə naziri, baş nazir müavini Sergey İvanov MDB müdafiə nazirlərinin Azərbacyandakı iclasının yekurlarını şərh edərkən bildirib.

"Sülməramlıların rotasiyası yarım ildə bir dəfə həyata keçirilir. Biz adətən Gürcüstan tərəfindən fərqli olaraq buna riayət edirik. Gürcüstan daha tez-tez rotasiya həyata keçirir. Rotasiyanı ləğv etmək haqqında planlarımız yoxdur. Bu proses son illərdə olduğu kimi Rok aşırımı vasitəsilə gerçəkləşdiriləcək" - deyə S.İvanov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları Gürcüstanda sazişlər asasında, Cənubi Osetiyaya gəldikdə isə XX əsrin 90-cı illərinin əvvəlindən qarışıq nəzarət komissiyası çərçivəsində fəaliyyət göstərir.

"Mən ümid edirəm ki, Rusiya və Gürcüstan xalqları yüz illiklər ərzində olduğu kimi iki ölkənin dövlətlərarası əlaqələrini normallaşdırmağa müvəffəq olacaq" - deyə baş nazir müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti