...

Anatoli Qritsenko: Ukrayna və Ermənistanın hərbi əməkdaşlığı 3-cü tərəfin ziyanına yönəlməyib

Siyasət Materials 31 May 2006 16:09 (UTC +04:00)

Ukrayna və Ermənistan arasında əməkdaşlıq Kiyevin digər tərəfdaş ölkələrinin ziyanına yönəlməyib. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 31-də MDB ölkələri müdafiə nazirlərinin Bakıda keçirilmiş görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında Ukraynanın müdafiə naziri Anatoli Qritsenko bəyan edib.

"Bizim Ermənistanla razılaşmalarımız digər ölkələrin ziyanına yönəlmiş fəaliyyəti nəzərdə tutmur", - deyə o bildirib. Nazir qeyd edib ki, təşkilatın fəaliyyəti mühüm məsələlərin həlli səviyyəsi ilə müəyyən olunur".

A.Qritsenko bildirib ki, Ukraynanın dünyanın digər dövlətləri ilə əlaqələri çərçivə sazişləri və hərbi əməkdaşlıq haqqında baza sazişləri də nəzərə alınmaqla Kiyev üçün faydalı əsasda qurulur.

Xəbər lenti

Xəbər lenti