...

ATƏT səfirləri hüquq müdafiəçiləri ilə görüşüblər

Siyasət Materials 1 İyun 2006 14:53 (UTC +04:00)

Norveç, İspaniya, Almaniya və Lixtenşteynin ATƏT-dəki səfirləri Bakıya səfərləri çərçivəsində iyunun 1-də Azərbaycanın hüquq müdafiəçiləri ilə görüşüblər. Trend in məlumatına görə, ATƏT-in Bakı ofisində keçirilən görüşdə hüquq müdafiəçiləri Elçin Behbudov, Səidə Qocamanlı, Çingiz Qənizadə, Səadət Bənənyarlı, Novella Cəfəroğlu, Anar Məmmədli iştirak ediblər.

Görüşdə əsasən Azərbaycanda insan haqılarının vəziyyəti, təkrar parlament seçkilərinin nəticələri, ölkədə mövcud məhkəmə sistemi, həbsxanalarda işgəncə faktları, siyasi məhbus problemi barədə danışılıb. İşgəncələr Əleyhinə Milli Komitənin sədri Elçin Behbudov Azərbaycan həbsxanalarında apardığı monitorinqləri, işgəncələrə dair müşahidə etdiyi faktlar barədə qonaqlara məlumat verib. Təkrar parlament seçkisində iştirak etmiş keçmiş namizəd Çingiz Qənizadə seçkilər barədə danışıb, qanun pozuntuları haqda diplomatlara məlumat verib. Hüquq müdafiəçisi Səidə Qocamanlı və digərləri ölkədə siyasi məhbus problemi haqda danışıblar. Novella Cəfəroğlu Naxçıvanda insan hüquqlarının vəziyyəti, bu sahədəki problemlər barədə qonaqları məlumatlandırıb.

Hüquq-müdafiə təşkilatlarının rəhbərləri ATƏT nümayəndələrinin suallarını da cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti