...

İyunun 13-də Aqo qrupunun missiyası Bakıya gələcək

Siyasət Materials 5 İyun 2006 18:01 (UTC +04:00)

Almaniyanın Avropa Şurasındakı səfiri Roland Veqenerin (Roland Wegener) başçılığı ilə Aqo qrupunun missiyası 13-15 iyunda Bakıya gələcək. Bu barədə Trend ə Azərbaycanın Xarici işlər nazirliyindən xəbər veriblər.

Missiyaya İsveç, Avstriya, Fransa və Rumıniyanın Avropa Şurasındakı səfirləri, həmçinin Aqo qrupu aparatının əməkdaşları daxil olacaq. Səfərin məqsədi - Azərbaycan və Avropa Şurası arasındakı münasibətlərin hazırki səviyyəsinin müzakirəsi, ölkənin təşkilat qarşısında, o cümlədən, seçki qanunvericiliyi, məhkəmə sistemi sahəsində islahatlar, həmçinin Dağlıq Qarabağ problemi üzrə öhdəliklərinin icrasının vəziyyətidir.

Aqo qrupu 2001-ci ilin yanvar ayında Ermənistan və Azərbaycanın Avropa Şurasına daxil olması ilə eyni vaxtda yaradılıb. Bu qrup Ermənistanın AŞ qarşısında öhdəliklərinin yerinə yetirilməsinin monitorinqi ilə məşğul olur və Avropa Şurası nazirlər komitəsi çərçivəsində fəaliyyət göstərir. Hazırda missiyaya Almaniyanın AŞ-da səfiri Roland Veqener başçılıq edir. Aqo qrupu İtaliyanın Avropa Şurasındakı səfiri Erkol Aqonun adı ilə adlandırılıb.

Xəbər lenti

Xəbər lenti