...

Heydər Babayev: İslam İnkişaf Bankının illik iclası 2008-ci ildə Bakıda keçiriləcək

Siyasət Materials 6 İyun 2006 15:04 (UTC +04:00)
Heydər Babayev: İslam İnkişaf Bankının illik iclası 2008-ci ildə Bakıda keçiriləcək

İslam İnkişaf Bankına üzv ölkələrin illik iclası 2008-ci ildə Bakıda keçiriləcək. Bu barədə Trend ə iqtisadi inkişaf naziri Heydər Babayev bildirib. "Biz bu təşəbbüsü bankın illik iclasında iştirak etmək üçün Küveytə səfərimiz zamanı irəli sürmüşük və İİB prezidenti Əhməd Məhəmmədəlinin Azərbaycanla dostluq əlaqələrini nəzərə alaraq bu təklif bank rəhbərliyi tərəfindən müsbət qarşılanıb və bu məsələ artıq həll olunub", - deyə nazir qeyd edib.

Yaxın vaxtlarda İİB-in maliyyələşdirməyi planlaşdırdığı yeni layihələri müzakirə etmək üçün bank ekspertlərinin Bakıya gəlişi gözlənilir. "İİB və Azərbaycan hökuməti arasındakı əməkdaşlıqda heç bir problem yoxdur. Bankın şərtləri yaxşıdır və layihələrin maliyyələşdirilməsi zamanı ilkin şərtlər qoyulmur", - deyə H.Babayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti