...

Litva prezidentinin Azərbaycana səfəri çərçivəsində 2 sənəd imzalana bilər

Siyasət Materials 7 İyun 2006 15:05 (UTC +04:00)

Litva prezidenti Valdas Adamkusun Azərbaycana rəsmi səfəri çərçivəsində 2 sənəd imzalana bilər. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan və Litva prezidentlərinin birgə bəyanat imzalayacaqları gözlənilir. Həmçinin qarşılıqlı investisiyaların təşviqi və müdafiəsi haqqında saziş layihəsi də hazırlanır. Bu sənədlərin hazırlanması başa çatmaq üzrədir.

V.Adamkus iyunun 8-9-da Azərbaycana rəsmi səfər edəcək. Litva prezidentinin mətbuat xidmətindən Trend ə bildirilib ki, V.Adamkus Bakıya iyunun 8-də təxminən günorta gələcək və səfər proqramında ilk tədbir keçmiş prezident Heydər Əlyievin heykəli qarşısına əklil qoyulmasıdır. Sonra prezident İlham Əliyevlə təkbətək görüş keçiriləcək ki, bunun ardınca hökumət nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar, eləcə də Litva və Azərbaycan liderlərinin mətbuat konfransı gözlənilir. Həmin gün Milli Məclis spikeri Oqtay Əsadovla görüş və İ.Əlyievin adından təşkil olunan qəbulda iştirak da planlaşdırılır.

İyunun 9-da səhər saatlarında V.Adamkusun Azərbaycan-Litva biznes forumunda iştirak etməsi, Heydər Əliyev Fonduna baş çəkməsi, baş nazir Artur Rəsizadə ilə işguzar naharı nəzərdə tutulub. Bakı Dövlət Universitetində V.Adamkusa "Möhtərəm doktor" titulu veriləcək. Daha sonra qonaq Sənqəçal neft terminalına baş çəkəcək, Bakı şəhərinə ekskursiya edəcək. İyunun 9-də axşam V.Adamkus Vilnosa qayıdacaq.

Səfər zamanı prezidenti 15 iş adamı, 14 jurnalist, eləcə də Xarici İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyinin yüksək vəzifəli nümayəndələri müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti