...

Azərbaycan və Rusiyanın Fövqəladə Hallar nazirlikləri arasında sənəd imzalanıb

Siyasət Materials 9 İyun 2006 15:00 (UTC +04:00)

İyunun 9-da Bakıda Azərbaycanla Rusiya Fövqəladə Hallar Nazirlikləri arasında sənəd imzalanıb. Trend xəbər verir ki, sənəd Azərbaycanın Fövqəladə Hallar Nazirliyində keçirilmiş görüşdə Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən imzalanıb.

Sənədin imzalanması ilə bağlı keçirilən görüşdə nazirlər Azərbaycan FHN-nin Rusiya FHN ilə əməkdaşlığa yüksək önəm verdiklərini vurğulayıblar.

İmzalanmış sənəd də qarşılıqlı əməkdaşlığa dairdir. Mühüm sənəd iki ölkənin FHN-ləri arasındakı qarşılıqlı əməkdaşlığı, informasiya mübadiləsini, əməkdaşların təcrübə keçməsini tənzimləyən kompleksli plan xarakteri daşıyır.

Xəbər lenti

Xəbər lenti