...

Beş müxalifət partiyasının Salyan rayon təşkilatları birləşib

Siyasət Materials 21 İyun 2006 15:36 (UTC +04:00)

Müxalifət partiyalarından beşinin Salyan rayonunda fəaliyyət göstərən təşkilatları birgə fəaliyyət göstərməklə bağlı Koordinasiya Şurası yaradıb. Bu barədə Trend ə Koordinasiya Şurasında təmsil olan Vətəndaş Həmrəyliyi (VHP) Partiyasının mətbuat xidmətinin rəhbəri Anar Niftəliyev bildirib.

A.Niftəliyev onu da bildirib ki, bu birlik yalnız oktyabrın 6-da bələdiyyədə boş qalan yerlərə keçiriləcək təkrar seçkilərlə bağlıdır: "Təşəbbüs VHP-nin Salyan rayon təşkilatından gəlib. Digər partiyaların bu rayonda olan təşkilatları da bu təşəbbüsü dəstəkləyiblər. Məqsəd bələdiyyə seçkilərində təbliğatı birlikdə qurmaq və bir-birlərinin namizədlərinin əleyhinə antitəbliğat aparmamaqdır". VHP rəsmisi onu da vurğulayıb ki, bələdiyyə seçkiləri başa çatdıqdan sonra Koordinasiya Şurası da fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, Koordinasiya Şurasında IHP, Müsavat, Aərbaycan Klassik Xalq Cəbhəsi, Ədalət və Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyasının Salyan rayon təşkilatları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti