...

Vurğun Əyyub: "Müsavat Partiyası Məclisinə sədrliyə iddialı olanlar iyulun 3-dək partiyanın başqanına müraciət edə bilər"

Siyasət Materials 29 İyun 2006 13:47 (UTC +04:00)

"Müsavat Partiyası Məclisinə sədrliyə iddialı olanlar iyulun 3-də saat 18.00-dək partiyanın başqanına müraciət edə bilər". Bu barədə Trend ə Müsavat Partiyası sədrinin birinci müavini Vurğun Əyyub bildirib.

Qeyd edək ki, partiyanın Məclisinin ilk iclası iyulun birinci yarısından sonraya planlaşdırılıb. İclasda Məclis sədri seçiləcək və partiya sədrinin təqdimatı ilə müavinləri təsdiqlənəcək. V.Əyyub onu da bildirib ki, partiya sədri İsa Qəmbər tərəfindən müavinlərin təyinatı barədə də məlumatı yoxdur.

V.Əyyub onu da bildirib ki, hələlik Məclis sədrliyinə iddialı olan yoxdur: "İyulun 3-də saat 18.00-da bu posta iddialı olanların partiya sədrinə müraciət etməsi prosesi başa çatacaq".

Xəbər lenti

Xəbər lenti