...

Axalkalakidən növbəti Rusiya hərbi texnika eşelonu iyulun 25-da Azərbaycandan keçəcək

Siyasət Materials 24 İyul 2006 13:38 (UTC +04:00)

Axalkalakidəki Rusiya bazasından hərbi texnika aparan növbəti eşelon iyulun 25-da Azərbaycan ərazisindən Rusiyaya göndəriləcək. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildiriblər.

Müəyyən olunmuş qrafikə əsasən, Rusiyanın 62-ci hərbi bazasından yük Moskva vaxtı ilə saat 09.00-da Salka dəmir yolu stansiyasından göndəriləcək. Sonra saat 17.00-da Azərbaycan sərhəddini keçməli və iyulun 26-də saat 11.00-da Rusiya sərhəddinə çatmalıdır.

Eşelon 34 ədəd hərbi texnikanın olduğu 30 vaqondan ibarət olacaq. Onların arasında 23 zenit qurğusu, HPM bazasında 3 kəşfiyyat kompleksi, həmçinin VAZ 452 avtomobil bazasında zenit kompleksləri var. Bir vaqon qarovuldan ibarət olacaq (1 zabit və 3 serjant).

İndiyədək Azərbaycandan keçməklə Rusiyaya 15, 25, 30 mayda, 6, 13, 20, 27 iyunda, 4, 11 və 17 iyulda doqquz partiya silah göndərilib. Növbəti partiya avqustun 1-də göndəriləcək. Azərbaycan ərazisindən cəmi 22 eşelon keçməlidir (400 vaqon).

Xəbər lenti

Xəbər lenti