...

Şərur rayonunun Təzəkənd kəndində yeni evlər tikilir

Siyasət Materials 31 İyul 2006 15:27 (UTC +04:00)

Bir neçə ay bundan əvvəl Turkiyənin dağlarında qarın əriməsi Araz çayının daşmasına səbəb oldu. Sel suları Şərur rayonu Təzəkənd kəndinin evlərini yararsız hala salmışdı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kənd sakinləri üçün yeni evlərin tikilməsini MR-ın Tikinti Komitəsinə tapşırmışdı. Artıq kənd sakinləri üçün 20 ədəd fərdi ev tikilib və sakinlər evlərə köçürülüb. 21 ədəd fərdi mənzil isə əsaslı təmir olunub.

Xəbər lenti

Xəbər lenti