...

İranın neft naziri Ankarada danışıqlar aparır

Siyasət Materials 15 Avqust 2006 15:40 (UTC +04:00)
İranın neft naziri Ankarada danışıqlar aparır

Nazir Kazem Vəziri Hamanehin başçılığı ilə İranın Neft Nazirliyinin nümayəndə heyəti Ankarada səfərdədir.

Trend in Türkiyədəki xüsusi müxbirinin verdiyi xəbərə görə, ilkin olaraq ölkə ekspertlərinin görüşünün keçirilməsi planlaşdırılır. Görüşdə energetika və təbii qaz sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsi olacaq.

Ehtimal olunur ki, Kazem Vəziri Hamanehin Türkiyənin energetika və təbii sərvətlər naziri Hilmi Gülərlə gözlənilən danışıqlarında əsasən İran qazının Avropaya tranziti perspektivləri müzakirə ediləcək.

Danışıqlarda Türkiyə tərəfi həmçinin qış vaxtı İranın qeyri-sabit qaz tədarükü problemini də qaldırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti