...

Xocalı icra hakimiyyətinin rəhbəri ATƏT-in Minsk qrupunun fəaliyyətindən Azərbaycanın xeyrinə heç nə gözləmir

Siyasət Materials 23 Noyabr 2006 15:15 (UTC +04:00)
Xocalı icra hakimiyyətinin rəhbəri ATƏT-in Minsk qrupunun fəaliyyətindən Azərbaycanın xeyrinə heç nə gözləmir

Bütün fəaliyyəti dövründə ATƏT Azərbaycana təsir göstərmək üçün yönəldilib və bununla onlar ermənilər tərəfindən işğal olunmuş torpaqların Ermənistana verilməsinə nail olmağa çalışıblar. Trend -in məlumatına görə, bunu Xocalının icra hakimiyyətinin rəhbəri, Azərbaycan parlamentinin deputatı Elman Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycanın işğal olunmuş torpaqları bütün tarix boyu zəbt olunaraq Rusiya və Sovet höküməti tərəfindən ermənilərə verilib. E.Məmmədov vurğulayıb: "İlk erməni dövləti Fransanın ərazisində, ikincisi Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistanın ərazisində yaradılıb və indi onlar Azərbaycanın işğal olunmuş torpaqlarında üçüncü erməni dövlətini yaratmaq istəyirlər. Bu Fransanın məsələdəki mövqeyidir. Amerika isə özünü ədalət tərəfdarı kimi göstərmək istəyir. Əslində isə, əgər Amkrika Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa onda niyə hər il tanınmamış dövlətə vəsait ayırır".

O xüsusilə Dağlıq Qarabağ rəhbərliyinin ABŞ-a səfərlərini, o cümlədən, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın Arkadi Qukasyanla görüşünü vurğulayıb. "Metyu Brayza bu məsələdə elə Arkadi Qukasyan və Ermənistanın prezidenti Robert Koçaryanın tutduğu mövqedədir. Və mən ATƏT-in Minsk qrupunun fəaliyyətindən Azərbaycanın xeyrinə heç nə gözləmirəm. Minsk qrupunda təmsil olunan heç bir ölkənin mövqeyi ədalətli deyil".

Xəbər lenti

Xəbər lenti