...

Azərbaycanla Küveyt arasında humanitar sahədə əməkdaşlığın genişlənməsi məsələsi müzakirə olunur

Siyasət Materials 4 Dekabr 2006 18:27 (UTC +04:00)

Azərbaycanla Küveyt arasında humanitar sferada əməkdaşlığın genişlənməsi məsələsini Küveytdə Azərbaycan baş nazirinin müavini, qaçqın və məcburi köçkünlərlə iş üzrə dövlət komitəsinin sədri Əli Həsənov bu ölkəyə səfəri çərçivəsində müzakirə edəcək. Bu barədə Trend ə Azərbaycanın Küveytdəki səfirliyindən xəbər veriblər.

Səfər Küveytin vakf və islam işləri üzrə naziri Abdal Maatuk Əl -Maatukun dəvəti ilə baş tutub. Səfər çərçivəsində Azərbaycanın Dövlət Komitəsi başçısının Küveytin rəsmi şəxsləri, beynəlxalq humanitar və xeyriyyə təşkilatlarının başçıları ilə görüşü nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti