...

Gəncədə hepatit virusuna yoluxanların sayı artır

Siyasət Materials 5 Dekabr 2006 16:17 (UTC +04:00)

Bu ilin 11 ayı ərzində Gəncədə hepatit virusuna yoluxan xəstələrin sayı 89 nəfərə çatıb. Bu barədə məlumatı Trendin Qərb Bürosuna şəhərin baş epidemioloqu Almaz Tomiyeva verib.

Onun sözlərinə görə, bu ilki göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% artıqdır. 2005-ci ilin 12 ayı ərzində hepatitə yoluxanların sayı 48 nəfər olub.

A. Tomiyeva bildirdi ki, 2006-cı ilin 11 ayı ərzində 79 nəfər hepatit B, 6 nəfər isə hepatit C virusuna yoluxub. Müsahib şəhərdə sürətlə artdığı müşahidə olunan Hepatit A virusunun 80 faizinin uşaqlarda aşkar olunduğunu bildirdi. "Bu virus asasən immuniteti zəif olan insanlara tez yoluxur. Uşaqlar da məhz belələrindəndir. Şəhərin bir neçə məktəbində bu virusa yoluxan şagirdlər var" - deyə A. Tomiyeva bildirdi.

Xəbər lenti

Xəbər lenti