...

Böyük Britaniyadan olan məruzəçi Cünubi Qafqazda mədəni irs məsələsi ilə bağlı hesabatla çıxış edəcək

Siyasət Materials 6 Dekabr 2006 16:48 (UTC +04:00)

Dekabrın 7-də Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm və təhsil komitəsinin mədəni irs üzrə alt komitəsinin iclası Parisdə öz işinə başlayacaq. Avropa Şurasının məlumatına istinadən Trend bildirir ki, bu iclasda Cənubi Qafqaz ölkələrinin, Yunanıstan, Rumıniya, Türkiyə və Kosovanın mədəni irsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Tədbirdə Cənubi Qafqaz, Yunanıstan, Rumıniya və Türkiyə ilə bağlı durum barədə Böyük Britaniyadan olan məruzəçi Ohara (O'Hara) çıxış edəcək. Azərbaycanı tədbirdə AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov təmsil edəcək.

Alt komitənin növbəti görüşü 2007-ci il yanvar ayının 22-26-na planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti