...

Ukrayna Ali Radasının sədri Azərbaycana gələcək

Siyasət Materials 19 Dekabr 2006 17:54 (UTC +04:00)

Ukrayna Ali Radasının sədri Aleksandr Moroz gələn il Azərbaycana gələcək. Bu barədə Trend ə Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Tələt Əliyev məlumat verib.

A.Moroz Azərbaycana Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti ilə gələcək. Azərbaycan qanunvericilik orqanının başçısının dəvətini onun ukraynalı həmkarına bu yaxınlarda səfir təqdim edib.

T.Əliyevin sözlərinə görə, səfər Ali Rada sədri üçün əlverişli vaxtda baş tutacaq. Diplomatın qeyd etdiyi kimi, bu, əvvəllər heç vaxt ölkəmizdə olmayan A.Morozun Azərbaycana ilk səfəri olacaq.

Tərəflər əmindir ki, səfər iki ölkənin münasibətlərinə yeni təkan verəcək. Diplomatın fikrincə, Azərbaycanın xarici siyasətinin proritetlərindən biri Ukrayna ilə əməkdaşlığın inkişafıdır və xüsusi diqqət ikitərəfli münasibətlərin parlamentlərarası tərkib hissəsinə verilir.

Xəbər lenti

Xəbər lenti