...

Dövlət Neft Şirkətinin başçısı: Azərbaycan "Qazprom"un təklif etdiyi qiymətlərlə qaz almaq fikrində deyil

Siyasət Materials 26 Dekabr 2006 13:41 (UTC +04:00)
Dövlət Neft Şirkətinin başçısı: Azərbaycan "Qazprom"un təklif etdiyi qiymətlərlə qaz almaq fikrində deyil

Rusiyanın "Qazprom" şirkəti ilə Azərbaycana qaz idxalının həcmi və qiymətləri barədə razılıq əldlə olunmayıb. "Əgər "Qazprom" Azərbaycanın təklif etdiyi şərtlərlə razıalşmasa, Rusiyadan qaz alınmayacaq. Rusiyadan 1000 kubmetr qazı 235 dollara Azərbaycan almayacaq". Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

O qeyd edib: "Əgər Ukrayna 1000 kubmetri 130 dollara, Ermənistan isə 110 dollara alırsa, nə üçün Azərbaycan 1000 kubmetri 235 dollara almalıdır? 2006-cı ildə Azərbaycana idxal edilən qazın 85 faizi Türkmənistan, Qazaxıstan və Özbəkistan mənşəli olub. Biz gözləyirik ki, Rusiya tərəfi 1000 kub metr üçün 135 dollara qaz tədarükünün xərcələrini izah etsin".

Xəbər lenti

Xəbər lenti