...

FHN-nin 1000-ə yaxın əməkdaşı yolların qardan təmizlənməsinə cəlb olunub

Siyasət Materials 28 Dekabr 2006 17:00 (UTC +04:00)

Dekabrın 27-dən 28-nə keçən gecə Bakıya güclü qar yağması ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının və Yanğından Mühafizə Xidmətinin şəxsi heyətlərinin 1000-ə yaxın üzvü yolların qardan təmizlənməsinə cəlb olunub. Bu barədə Trend ə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

FHN-dən bildilirib ki, havaların kəskin soyuması və xeyli qar yağması nəticəsində Bakı şəhərinin avtomobil yolları və piyadaların hərəkət etdiyi səkilər qalın qar örtüyü ilə örtülüb, bir çox yerlərdə isə buz bağlayıb. Bu isə öz növbəsində müxtəlif istiqamətlərdə hərəkət edən avtomobillərin və paytaxt sakinlərinin rahat gediş-gəlişinə müəyyən problemlər yaradıb. Bunları nəzərə alan Fövqəladə Hallar Nazirliyi, yaranmış problemləri operativ olaraq aradan qaldırmaq məqsədilə, şəhərin müxtəlif yerlərində 20 ədəd texnikanın, həmçinin Mülki Müdafiə Qoşunlarının və Yanğından Mühafizə Xidmətinin 1000 nəfərə yaxın şəxsi heyət üzvünün qüvvəsindən istifadə edərək, yolların və piyadaların gediş-gəliş hissələrinin buz örtüyündən təmizlənməsini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti