...

Azərbaycan XİN Ermənistanın Dağlıq Qarabağa turist turları təşkil edən "Amistad-tour" şirkəti ilə bağlı vəziyyəti aydınlaşdırır

Siyasət Materials 3 Fevral 2007 13:13 (UTC +04:00)
Azərbaycan XİN Ermənistanın Dağlıq Qarabağa turist turları təşkil edən "Amistad-tour" şirkəti ilə bağlı vəziyyəti aydınlaşdırır

Azərbaycan XİN Ermənistanın Dağlıq Qarabağa turist turlarının təşkil edən "Amistad-tour" şirkəti ilə bağlı vəziyyəti aydınlaşdırır. Bu barədə Trend ə Madriddə beynəlxalq turist sərgisində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazilərinə turist turları təşkili ilə bağlı bukletlər yaymış şirkətin fəaliyyəti haqqında olan məlumatı şərh edərkən XİN-nin mətbuat və informasiya siyasəti idarəsinin rəhbəri Tahir Tağızadə bildirib.

"Amistad-tour" şirkəti reklam bukletlərində Dağlıq Qarabağın xəritəsini müstəqil respublika kimi təqdim edib.

Onun sözlərinə görə, Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü ilə nazirlik bu istiqamətdə tədbirlər həyata keçirir.

Bu məsələ həmçinin Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin də diqqət mərkəzindədir. Bu barədə nazirliyin turizm baş idarəsinin sədri Aydın İsmiyev məlumat verib.

Azərbaycan və Ermənistan ilk dəfə olaraq Madriddəki sərgidə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti