...

Maliyyə Monitorinqi İctimai Mərkəzinin (PFMC) rəhbəri "İqtisadiyyatın neft parıltısı " kitabını nəşr etdirib

Siyasət Materials 6 Fevral 2007 13:36 (UTC +04:00)
Maliyyə Monitorinqi İctimai Mərkəzinin (PFMC) rəhbəri "İqtisadiyyatın neft parıltısı " kitabını nəşr etdirib

Trend in məlumatına əsasən, iqtisad elmləri doktoru İnqilab Əhmədovun yeni "İqtisadiyyatın neft paıltısı" kitabı işıq üzü görüb. Kitab rus dilində nəşr olunub.

Kitabın hazırlanmasına ideyası xarici təcrübəni, Azərbaycanın müstəqilliyi dövründə iqsidayyitda neftin rolunu araşdıran İctimai Maliyyə Monitorinqi Mərkəzinin ekspert qrupunun çoxillik işindən irəli gəlib.

Kitadba ilk dəfə olaraq milli valyutaya neft faktorunun təsirinin analizi, real sektor və ölkənin büdcəsi sistemləşdirilmiş şəkildə verilib.

Son vaxtlar ekspertlər Azərbaycanda "holland xəstəliyi"nin siptomlarının olub-olmaması, ondan qaçmağın mümkünlüyü, bu xəstəliyə tutulmaq təhlükəsi barədə çox müsahibələr edir. Bu xəstəliyin dəqiq təsviri bu müzakirələrə bəzi aydınlıq gətirir.

Kitabın əsas hissəsi neft büdcəsi və ölkəyə neft-qaz gəlirlərinin axınının tempindən asılı olaraq dövlət büdcəsinin vəziyyətinə həsr olunub. Kitabın ikinci hissəində Azərbaycanda neft gəlirlərinin idarə olunmasının mexanizmi əhatəli təsvir olunub.

ARDNŞ-nin prinsip və fəaliyyət qaydaları yalnız ölkə oxucuları üçün deyil, həmçinin neft məsələlri ilə maraqlanan xarici auditoriya üçün də maraq kəsb edə bilər.

Kitab həmçinin bir sıra neft əldə ölkələrin təcrübəsinə əsaslanaraq neft gəlirlərindən istifadənin müxtəlif yollarının müqayisəli analizinin verilməsi ilə də maraqlıdır.

Kitab Açıq Cəmiyyət İnstitutu - Təşəbbüs Fondunun dəstəyi ilə nəşr olunub. Kitabı PFMC-nin ofisində əldə etmək olar. Kitabın elektron versiyası ilə www.pfmc.az saytında tanış olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti