...

Bu yaxınlarda Azərbaycan hökumətinin nümayəndə heyəti Almaniyaya səfər edəcək

Siyasət Materials 8 Fevral 2007 15:50 (UTC +04:00)

Azərbaycan prezidentinin 14-16 fevral tarixində Almaniyaya səər proqramını bütünlüklə razılaşdırmaq məqsədilə Azərbaycan hökumət nümayəndəsi bu yaxınlarda Almaniyaya səfər edəcək.

Bu barədə Trend ə Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Nəsimi Ağayev məlumat verib. Nümayəndə heyətinin tərkibinə bir çox nazirliklərin və idarələrin nümayəndələri, dövlət başçısının protokol əməkdaşları daxil olacaq. Diplomatın məlumatına əsasən, hazırda diplomatik kanallar vasitəsilə səfər proqamına aid təkliflər və danışıqların gündəliyi hazırlanır. Məlum olduğu kimi, Azərbaycan prezidentinin səfəri zamanı onun federal kansler Angela Merkellə görüşü, Konrad Adenaur Fondunda "Azərbaycan XXI əsrdə: inkişaf və perspektivlər" mövzusunda məruzəsi ilə çıxışı və fevralın 16-da keçiriləcək Almaniya-Azərbaycan biznes forumunda iştirakı planlaşdırılıb. Forumda hər iki dövlətin biznes dairələrinin çoxsaylı nümayəndələri iştirak edəcək. N. Ağayevin məlumatına əsasən, səfər proqramına İlham Əliyevin Almaniyanın rəsmi şəxsləri ilə görüşünün də əlavə olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti