...

ATƏT PA prezidenti düşünür ki, 2007-ci il Dağlıq Qarabağ münaqişəsində son nöqtəni qoyacaq

Siyasət Materials 9 Fevral 2007 15:49 (UTC +04:00)
ATƏT PA prezidenti düşünür ki, 2007-ci il Dağlıq Qarabağ münaqişəsində son nöqtəni qoyacaq

ATƏT uzun müddətdir, Qarabağ münaqişəsi ilə məşğul olur, ona görə ATƏT-in heç bir iş görməməsini demək olmaz. Biz bu problemi həll etməkdə iki ölkəyə kömək etməyə çalışırıq, biz sülh prosesinə kömək edirik, əsas iş isə xarici işlər nazirlərinin işidir. Trend xəbər verir ki, bu fikirləri bu gün Bakı Dövlət Universiteti tələbələri qarşısında çıxış edərkən ATƏT Parlament Assambleyasının prezidenti Qoran Lenmarker səsləndirib.

Q.Lenmarker deyib: "Mən nikbinəm və inanıram ki, biz bu münaqişənin həllini tapacağıq. Hər il atəş xəttində hər iki tərəfdən cavanlar ölür, kimisi gülləyə tuş gəlir, kimisi minaya düşür, bəziləri bütün ömrü boyu şikəst qalır".

Onda olan məlumatlara görə, hazırda təxminən 100 min qaçqın var və bütün bunlar bir daha münaqişənin qısa zamanda həllini tələb edir.

ATƏT PA prezidenti bildirib: "Mən düşünürəm ki, 2007-ci il bu münaqişədə son nöqtəni qoyacaq. Biz hər iki tərəf üçün əlverişli həlli tapacağıq".

Xəbər lenti

Xəbər lenti