...

"Azadlıq" blokunun ADP-dəki vəziyyətin müzakirəsinə həsr olunmuş iclası 6 saat davam edib və sabaha qədər təxirə salınıb

Siyasət Materials 13 Fevral 2007 18:57 (UTC +04:00)

"Azadlıq" siyasi blokunun Sədrlər Şurasının Azərbaycan Demokrat Partiyasında (ADP) baş verən qarşıdurmaların müzakirəsinə həsr olunmuş bugünkü iclası 6 saat davam edib. Bu barədə Trend ə blokun həmsədri Əli Əliyev məlumat verib.

O bildirib ki, blokun Sədrlər Şurasının bugünkü toplantısında ADP-də yaranmış böhranlı vəziyyət müzakirəyə çıxarılıb, əvvəlcə Ali Məclisin sədri Akif Şahbazovun fikirləri dinlənilib. A.Şahbazov getdikdən sonra iclasa qatılan ADP sədrinin birinci müavini Ssərdar Cəlaloğlu öz mövqeyini izah edib.

Əli Əliyevin sözlərinə görə, blok rəhbərliyi ADP ilə bağlı vəziyyəti dərindən araşdırmaq, partiyanın Nizamnaməsi və 9-cu Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin qərarları ilə tanış olmaq üçün iclası sabaha qədər təxirə salıb. Sabah - fevralın 14-də "Azadlıq" bloku Sədrlər Şurasının iclası davam etdiriləcək və blokun ADP ilə bağlı yekun mövqeyi açıqlanacaq. Əli Əliyev qeyd edib ki, blok ADP-nin bütöv qalmasında, parçalanmamasında və qarşıdurmaların dərinləşməməsində maraqlıdır.

Xəbər lenti

Xəbər lenti