...

Ümumdünya Səhiyyə Təşkilatı ölmüş Azərbaycan sakininin analiz nümunələrində "quş qripi" virusunun olmaması barədə bildirib

Siyasət Materials 16 Fevral 2007 15:47 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) London laboratoriyası ölmüş Neftçala rayonu Boyaq kənd sakini, 1969-cu il təvəllüdlü Zəminə Zeynalovanın analiz nümunələrində "quş qripi" virsunun olmaması barədə bildirib. Bu barədə cümə günü Trend ə Azərbaycan Səhiyyə Nazirliyindən bildiriblər. Mərhum ikitərəfli pnevmaniya diaqnozu ilə Ağ ciyər xəstəlikləri elmi-tədqiqat institutuna yerləşdirilmişdi.

Vəhşi quşların mövsümü miqrasiyasını nəzərə alaraq profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Azərbaycan Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi əhaliyə quşlarla təmasdan uzaq durmağı, ev quşlarını vəhşi quşlardan uzaq qapalı şəraitdə saxlamağı, quşların ölüm faktı aşkar edilərkən bu barədə yerli baytarlıq xidmətinə xəbər verməyi, vəhşi quşları ovlamamağı, istifadə etməməyi tövsiyyə edir.

Xəbər lenti

Xəbər lenti