...

Azərbaycan prezidentinin Almaniyaya rəsmi səfəri başa çatıb

Siyasət Materials 16 Fevral 2007 18:54 (UTC +04:00)

Almaniyada Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən biznes-forumda Azərbaycanın enerji resursları diqqət mərkəzində olub. Görüşdə həmçinin Almaniyanın iqtisadiyyat və yeni texnologiyalar naziri Mixail Qlos iştirak edib.

Forumda iştirak edən M.Qlos qeyd edib ki, Almaniya Azərbaycanla iqtisadi münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. O vurğulayıb ki, Azərbaycanın neft ehtiyatları Avropa ölkələrinin diqqət mərkəzindədir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolu var. Bu barədə Trend "ANS" telekanalına istinadən xəbər verir.

Almaniyanın iş adamları qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda iqtisadi artımın və ölkənin uğurlu enerji siyasətinin olduğunu vurğulayıb. O bildirib ki, gələn il 50 milyon ton neftin hasil edilməsi planlaşdırılır. Dövlət başçısı bildirib ki, Azərbaycan öz tələbatlarını təmin edəcək və Avropaya neft və qaz tədarük edəcək. "Azərbaycan beynəlxalq şirkətlərlə sıx əməkdaşlıq etməkdə maraqlıdır. Lakin başlıca məqsəd - Azərbaycanda qeyri-neft sektorunun inkişafına nail olmaqdır. Azərbaycanda yaxşı investisiya şəraiti yaradılıb. Son 10 il ərzində ölkəyə təxminən 30 milyard dollar məbləğində xarici investisiyalar qoyulub", - deyə İ.Əliyev qeyd edib.

O, forum iştirakçılarının diqqətinə çatdırıb ki, hazırda ÜDM-in 81%-ini özəl sektorun gəlirləri təşkil edir və dövlət sosial sahəyə xüsusi diqqət ayırır, əhalinin aztəminatlı təbəqələrinin vəziyyətini yaxşılaşdırmağa çalışır.

Biznes-forum başa çatdıqdan sonra Azərbaycan prezidenti vətənə yola düşüb.

Xəbər lenti

Xəbər lenti