...

Dövlət Statistika Komitəsinin başçısı: Mart ayında Azərbaycanda qiymətlər qalxa bilər

Siyasət Materials 26 Fevral 2007 13:51 (UTC +04:00)
Dövlət Statistika Komitəsinin başçısı: Mart ayında Azərbaycanda qiymətlər qalxa bilər

Azərbaycan, Bakı / Trend müxbir A.İsmayılova / Mart ayında Azərbaycanda qiymətlərin növbəti dəfə qalxacağı istisna olunmur. Bu barədə jurnalistlərə bazar ertəsi Dövlət statistika komitəsinin sədri Arif Vəliyev məlumat verib.

Onun sözlərinə görə, 2007-ci ilin mart ayında qiymətlər 2006-cı ilin mart ayından xeyli yüksək olacaq. Martda qiymətlərin qalxma səbəblərindən biri kimi o, qarşıdan gələn bayramları qeyd edib.

"2006-cı ilin yanvar ayı ilə müqayisədə 2007-ci ilin yanvar ayında qiymətlər 17 faiz artıb. Fevralda rəqəm aşağı düşəcək. Bir qayda olaraq, yayda da qiymətlərin aşağı düşməsi müşahidə olunacaq", - deyə o bildirib.

O, beynəlxalq təşkilatların bu il Azərbaycanda inflyasiyanın səviyyəsinin 17 faizə çatacağı barədə məlumatını da təkzib edib.

Komitə başçısı hesab edir ki, beynəlxalq təşkilatlar ölkədə inflyasiyanın səviyyəsini düzgün hesablamırlar.

"Onlar qiymətlərin bahalaşması dövrünü əsas kimi götürürlər və qiymətin aşağı düşməsini və ya sabitliyini nəzərə almırlar", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti