...

Milli Məclisin sədri:"Azərbaycan İranla bütün sahələrdə əlaqələrin inkişafına böyük əhəmiyyət verir"

Siyasət Materials 28 Fevral 2007 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı / müxbir Trend İ.Əlizadə/Azərbaycan yaxın qonşusu İranla bütün sahələrdə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Milli Məclisin sədri Oqtay Əsədov fevralın 28-də İranın ölkəmizdəki səfiri Əfşar Süleymani ilə görüşündə belə deyib.

O.Əsədov Azərbaycanda səlahiyyət müddətini başa çatdıran səfirə gələcək işlərində uğurlar arzulamış, İran-Azərbaycan münasibətlərinin inkişafında göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Qeyd edilib ki, müstəqil Azərbaycan yaxın qonşusu İranla bütün sahələrdə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Dövlətlərimizin başçılarının görüşləri və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri münasibətlərimizin inkişafına layiqli töhfəsini verib.

Bu gün ölkələrimiz arasında mövcud əməkdaşlıq parlamentlər səviyyəsində də davam etdirilir. Hər iki ölkənin ali qanunvericilik orqanlarında parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir, deputatlarımız mötəbər beynəlxalq təşkilatlarda faydalı əməkdaşlıq edirlər.

Ə,Süleymani Azərbaycanda çalışdığı illəri heç vaxt unutmayacağını və gələcəkdə də İran-Azərbaycan münasibətlərinin dərinləşməsində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti