...

Deputat: "Parlament və spiker Oqtay Əsədov Elmar Hüseynovun qətlinin üstünün açılmamasına görə hüquq-mühafizə orqanlarına müraciət etməlidir"

Siyasət Materials 6 Mart 2007 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin martın 6-da keçirilən iclasında deputat Cəmil Həsənli "Monitor" jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qatillərinin indiyə qədər tapılmamasına görə parlamentin və spiker Oqtay Əsədovun hüquq-mühafizə orqanlarına müraciət etməsini istəyib.

Matın 2-də "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 2 il ötdüyünü, cinayətin üstünün isə hələ də açılmadığını xatırladan deputat Tükiyədə erməni əsilli jurnalist Hrant Dinkin qətlindən sonra baş verənləri misal çəkib: "Niyə Türkiyədə jurnalisti öldürəni 24 saata tuturlar, amma Azərbaycanın hüquq-mühafizə orqanları adları, hətta ayamaları, harda yaşdıqları məlum olan insanları tutub gətirmir?"

Deputat vurğulayıb ki, əgər jurnalistlər gedib Elmarın qatillərini dindirə, danışdıra bilirlərsə, onda niyə Azərbaycanın hüquq-mühafizə orqanları üçün bu adamları tutub gətirmək belə problemə çevrilib?

"Gürcüstan Cənubi Afrika deyil ki, onları həbs etmək bu qədər çətin olsun", deyə C.Həsənli əlavə edib.

C.Həsənli E.Hüseynovun qətlinin üstünün açılmamasının Azərbaycanın nüfuzuna və imicinə zərbə vurduğunu deyib.

Müsavat deputat qrupunun üzvü İltizam Əkbərli çıxışında Xocalı soyqırımı ilə bağlı "Azərbaycan" qəzetində çıxmış məqaləyə etirazını bildirib. O qeyd edib ki, Xocalı soyqırımının törədilməsində azərbaycanlıların da əlinin olması barədə "Azərbaycan" qəzetində yazılanlar daxildə düşmən axtarmaqdan və cəfəngiyyatdan başqa bir şey deyil.

Xəbər lenti

Xəbər lenti