...

"Azadlıq" bloku müxalifətin yeni yaradılacaq birliyində təmsil olunmayacaq

Siyasət Materials 4 Aprel 2007 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azadlıq" siyasi bloku Azərbaycan müxalifətinin yeni yaradılacaq birliyində təmsil olunmayacaq. Bu barədə müxalifətçi "Azadlıq" blokunun həmsədri Əli Əliyev açıqlama verib.

O bildirib ki, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun təşəbbüsü ilə müxalifətin yeni güc mərkəzinin yaradılması barədə "Azadlıq" blokuna da müraciət edilib.

"Biz müxalifətdaxili inteqrasiyanın, güc mərkəzinin formalaşmasının tərəfdarıyıq. Ona gə də yeni yaradılacaq qurumla əməkdaşlığımız mümkündür. Lakin həmin qurumun üzvü kimi orada təmsil olunmayacağıq"-deyə Əliyev bildirib.

O, "Azadlıq" blokunun müxalifətin yeni güc mərkəzinin yaradılması prosesində və bu istiqamətdə aparılan danışıqlarda da iştirak etmədiyini deyib.

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal (ALP), Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti