...

Azərbaycan prezidenti çoxsaylı insan tələfatı ilə bağlı Əlcəzairin başçısına başsağlığı göndərib

Siyasət Materials 12 Aprel 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan prezidenti İlham Əliyev Əlcəzair dövlətinin başçısı Əbdüləziz Buteflikaya başsağlığı göndərib. Başsağlığı məktubunda göstərilib ki, Azərbaycan Əlcəzairin paytaxtında çoxsaylı insan tələfatına səbəb olan partlayışlar törədilməsi xəbərini dərin kədər və hiddət hissi ilə qarşılayıb: "Biz terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, belə dəhşətli cinayət əməllərinə qarşı mübarizədə birgə səylər göstərilməsini zəruri hesab edirik" - deyə Azərbaycan prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti