...

Latviya XİN rəhbərinin Bakıya səfəri başlayab

Siyasət Materials 16 Aprel 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " S.Ağayeva / Aprelin 16-da Bakıya Latviya xarici işlər naziri Artis Pabriksin rəsmi səfəri başlayıb. Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahimin verdiyi məlumata əsasən, Latviya xarici siyasət idarəsinin rəhbəri öz səfərinə Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət etməklə başlayıb. Saat 12-də isə Pabriks azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüş keçirəcək və bu görüşdən sonra jurnalistlər üçün birgə brifinq təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan tərəfi ilə aparılacaq danışıqların nəticələri üzrə gənclər siyasəti və idman sahəsindəki əməkdaşlığa dair saziş imzalanması planlaşdırılır.

Bu gün latviyalı naziri prezident İlham Əliyev və baş nazir Artur Rasizadə də qəbul edəcək.

Günün sonunda isə Pabriks Latviyanın Azərbaycandakı səfirliyinə baş çəkəcək.

Sabah Pabriks Azərbaycan-Latviya biznes-forumuna qatılacaq və İçəri-şəhərlə tanış olacaq. Latviya XİN başçısı Azərbaycana səfəri çərçivəsində həmçinin ölkənin regionlarına səfər edəcək. Konkret olaraq onun Şəki və Gəncəyə baş çəkəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti