...

Azərbaycanın daxili işlər naziri Rusiyada səfərdədir

Siyasət Materials 19 Aprel 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Rusiya daxili işlər nazirinin dəvəti ilə aprelin 19-da Moskvaya iki günlük rəsmi səfəri başlayıb.

Daxili İşlər Nazirliyindən cümə axşamı Trend ə verilən məlumata görə, iki ölkə nazirlərinin görüşündə cinayətkarlıqla mübarizənin nəticələri barədə məlumat mübadiləsi aparılacaq, ikitərəfli əməkdaşlıq, təhlükəsizliyin təmin olunması üzrə birgə səylərin göstərilməsi, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin vəziyyəti və digər məsələlər müzakirə olunacaq.

Səfərin yekununda iki ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlığın forma və gələcək istiqamətlərinin təkmilləşdirilməsi məsələləri üzrə qarşılıqlı fəaliyyət haqqında Memorandum imzalanacaq.

Xəbər lenti

Xəbər lenti