...

Dağıstan hökumətinin nümayəndə heyəti Bakıya gəlir

Siyasət Materials 23 Aprel 2007 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ Dağıstan hökumətinin nümayəndə heyəti bu gün Bakıya səfərə gələcək. Məqsəd Azərbaycan tərəfi ilə Dağıstan prezidenti Muxu Əliyevin ölkəmizə səfərinin hazırlığı ilə bağlı məsələləri müzakirə etməkdir. Nümayəndə heyətinə Dağıstan baş nazirinin müavini rəhbərlik edir. Bu barədə bazar ertəsi Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyindən məlumat veriblər.

Dağıstan prezidentinin Azərbaycana səfəri aprelin sonuna planlaşdırılır. Konkret tarixlər nümayəndə heyətinin səfəri zamanı müəyyənləşəcək. Nümayəndə heyəti həmçinin səfərin proqramını və danışıqların gündəliyini hazırlayacaq. Güman olunur ki, səfər zamanı tərəflər Azərbaycan və Dağıstan arasında iqtisadi, ticarət, mədəni və humanitar əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcəklər.

Dağıstan prezidentinin səfəri çərçivəsində keçiriləcək danışıqların yekunlarına əsasən Dağıstanla Azərbaycan arasında müqavilənin imzalanacağı planlaşdırılır. Bu müqavilədə iqtisadiyyat, mədəniyyət, təhsil və informasiya mübadiləsinə aid məsələlər yer alacaq.

Xəbər lenti

Xəbər lenti