...

Azərbaycan və Koreya XİN başçıları Seulda danışıqlar keçiriblər

Siyasət Materials 23 Aprel 2007 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynov/ Azərbaycan və Koreya xarici işlər nazirləri aprelin 23-də Seulda danışıqlar keçiriblər. Bu barədə Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.

Elmar Məmmədyarovla Sonq Min-sun arasındakı danışıqlar Koreya Xarici İşlər Nazirliyində baş tutub. Bu danışıqlarda müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan XİN rəhbəri prezident İlham Əliyevi Koreyaya rəsmi səfərində müşayət edən dövlət nümayəndə heyətinin tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti