...

Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Strategiyası hazırlanıb - versiya 2

Siyasət Materials 23 Aprel 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqız?/ Azərbaycanda sistemli korrupsiya əsasən, iqtisadiyyatda, dövlət idarəçiliyində, hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində, səhiyyə, təhsil, nəqliyyat və s. sahələrdə dərin köklər salıb. Bu barədə bazar ertəsi keçirilən toplantıda Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin məruzəsində bildirib.

O qeyd edib ki, 2004-2006-cı illər üçün korrupsiyaya qarşı dövlət proqramında 145 bənd (görülməli tədbirlər) nəzərdə tutulub. Şəbəkənin hesablamalarına görə, proqramda bütün istiqamətlər üzrə bəndlərin 17, 25 faizi icra olunmayıb, 15, 87 faizi əsasən icra olunub, 12,4 faizi isə qismən icra olunub, 54,48 faizi icra olunub.

İcra olunmayıb deyəndə-ümumiyyətlə, icra olunmayan bəndlər nəzərdə tutulub. Bu bəndlərin icrası ilə bağlı heç bir tədbir həyata keçirilməyib. Əsasən icra olunub deyəndə- o nəzərdə tutulur ki, Proqramda ayrı-ayrı bəndlərin icrası zamanı son məqsəd əldə edilməyib, amma çox böyük irəliləyişə nail olunub.

Qismən icra olunub - Proqramda ayrı-ayrı bəndlərin icrası ilə bağlı tədbirlərin bir hissəsi həyata keçirilib. Yəni ayrı-ayrı bəndlərin icrası istiqamətində ilkin addımlar atılıb. İcra olunub deyəndə Proqramın ayrı-ayrı bəndlərinin tam icra olunması nəzərdə tutulur.

Nuriyev bildirib ki, Dövlət Proqramında göstərilən digər tədbirlərin həyata keçirilməsi üçün 15-dən çox normativ hüquqi aktlar hazırlanıb. Onun sözlərinə görə, son iki ildə korrupsiyaya qarşı mübarizə sahəsində institutsional bazanın yaradılması istiqamətində əhəmiyyətli irəliləyiş nəzərə çarpır. Artıq Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, DİN-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin strukturunda Korrupsiya cinayətləri üzrə Əməliyyat-Axtarış tədbirləri İdarəsi yaradılıb.

Xəbər lenti

Xəbər lenti