...

Azərbaycan prezidenti İKT Gənclər Forumunun prezidentini qəbul edib

Siyasət Materials 27 Aprel 2007 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də İslam Konfransı Təşkilatı Gənclər Forumunun prezidenti Əli Sarıkayanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir.

Əli Sarıkaya rəhbərlik etdiyi Gənclər Forumuna Azərbaycan prezidentinin daim böyük dəstək verdiyini vurğulayıb. O, Forumun fəaliyyəti və gələcək planları barədə dövlət başçısına məlumat verib.

Yarandığı qısa müddət ərzində Forumun yaxşı nəticələr əldə etdiyini bildirən prezident İlham Əliyev qurumun bundan sonra da uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti