...

Azərbaycan Dövlət Sərhəd Xidməti sərhəddə saxlanılan Türkiyə vətəndaşları ilə bağlı rəsmi məlumat yayıb

Siyasət Materials 28 Aprel 2007 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) "Şıxlı" sərhəd nəzarət məntəqəsində baş verən insidentlə bağlı rəsmi məlumat yayıb. DSX-dən şənbə günü bildiriblər ki, Azərbaycanın viza rejimi qaydalarını pozduqlarına görə DİN orqanları tərəfindən saxlanılmış və ölkə ərazisindən kənarlaşdırılması üçün nəzarət məntəqəsinə gətirilmiş Türkiyə vətəndaşları Gürcüstana keçərkən sərhədçilərin qanuni tələblərini yerinə yetirməyiblər. Nəticədə hərbçilərə qarşı müqavimət göstərilib. İnsident zamanı sərhəd qoşunlarının əsgərlərinə qarşı soyuq silahdan istifadə edilmiş və nəticədə iki sərhədçi bıçaq yarası alaraq Qazax şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb və barələrində araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti