...

Birinci xanım Mehriban Əliyeva ÜST-in baş direktorunu Azərbaycana dəvət edib

Siyasət Materials 18 May 2007 17:21 (UTC +04:00)
Birinci xanım Mehriban Əliyeva ÜST-in baş direktorunu Azərbaycana dəvət edib

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Marqaret Çen Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəvəti ilə Azərbaycana səfər edəcək.

ÜST rəhbərinə dəvətnaməni Əliyeva Cenevrəyə səfəri zamanı onunla görüşdə təqdim edib. Bu barədə cümə günü Cenevrədən telefon vasitəsilə Azərbaycanın İsveçrədəki səfiri, Azərbaycanın BMT və beynəlxalq təşkilatlarda daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyov məlumat verib.

Səfirin sözlərinə görə, görüşdə ÜST-in fəaliyyətinin Azərbaycanda genişləndirilməsi, Heydər Əliyev Fondunun təşkilatla səhiyyə sahəsində humanitar layihələrin reallaşdırılmasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Çen Azərbaycanda Heydər Əliyev Fondunun səhiyyə üzrə layihələrinin həyata keçirilməsində fəaliyyətini yüksək qiymətləndirib, əməkdaşlıqda maraqlı olduğunu bildirib. ÜST rəhbərinin qarşıdan gələn səfəri zamanı o, təşkilatla fondun əməkdaşlığının konkret istiqamətlərini müzakirə etmək niyyətindədir, deyə səfir məlumat verib. Səfirlik yaxın zamanlarda ÜST rəhbərinin Azərbaycana səfərinə hazırlığa başlayacaq, deyə Əmirbəyov bildirib.

Diplomatın bildirdiyinə görə, görüşdə ÜST-in baş direktoru Azərbaycanın birinci xanımını ona "Ana, körpə və ailə sağlamlığının müdafiəsi və möhkəmləndirilməsi sahəsindəki müstəsna xidmətlərinə görə" nominasiyasında mükafatın təqdim olunması münasibətilə təbrik edib. Mükafat birinci xanıma təşkilatın sessiyası çərçivəsində təqdim olunub.

Xəbər lenti

Xəbər lenti