...

ABŞ vitse-prezidentinin köməkçisi Bakıya gəlir

Siyasət Materials 29 May 2007 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend E.Hüseynov/ABŞ vitse-prezidenti Dik Çeyninin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Cozef Vud çərşənbə axşamı Azərbaycana gəlir. Bu barədə bu gün ABŞ-ın Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə Departament rəhbəri Conatan Henik məlumat verib.

Henikin sözlərinə görə, Vud Avrasiya regionu üzrə cavabdeh şəxsdir. O, müxtəlif xarakterli məsələləri müzakirə edəcək, o cümlədən Azərbaycandakı vəziyyətlə tanış olacaq. İkigünlük səfər çərçivəsində bir sıra rəsmi şəxslərlə danışıqlar aparılacaq, lakin səfərin gündəliyi hələ dəqiq məlum deyil.

Vud Bakıya Tbilisidən gələcək. ABŞ-ın Gürcüstandakı səfirliyinin məlumatına əsasən, Vud səfər zamanı Gürcüstan prezidenti Mixail Saakaşvili, baş nazir Zurab Noqaideli, həmçinin iqtisadi inkişaf, xarici işlər və müdafiə nazirləri, parlament nümayəndələri və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlər keçirib. Görüşlərdə Gürcüstanın İraqda həyata keçirilən əməliyyatlara tövhəsi, Gürcüstanın NATO-ya inteqrasiyasının ABŞ tərəfindən dəstəklənməsi və Gürcüstanda həyata keçirilən islahatlar müzakirə olunub. Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin məlumatında bildirilib.

Xəbər lenti

Xəbər lenti