...

Tərtər rayonu ərazisində qanunsuz becərilən çətənə kolu aşkarlanıb (video)

Siyasət Materials 8 İyun 2007 11:19 (UTC +04:00)
Tərtər rayonu ərazisində qanunsuz becərilən çətənə kolu aşkarlanıb (video)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Tərtər rayonu ərazisində qanunsuz becərilən çətənə kolu aşkarlanıb. Rayon polis şöbəsi əməkdaşlarının cümə axşamı keçirdiyi əməliyyat tədbiri zamanı rayonun Qaradağlı kənd sakini, 1960-ci il təvəllüdlü İdris Qasımovun həyətyanı sahəsində əkib-becərdiyi 7 ədəd çətənə kolunu məhv edilib. Tərtər rayon polis şöbəsinin rəis müavini Məhərrəm Əliyev Trend ə bildirib ki, çətənə kolları təxminən 2-3 ay bundan öncə əkilib. Artıq 3 aydan sonra çətənə kolu istifadə üçün yararlı olacaqmış. Rəis müavini onu da qeyd edib ki, İdris Qasımov 1997-ci ildə narkotik vasitənin istifadəsinə və satışına görə məhkum olunub.

Qasımov çətənə kollarını özü istifadə etmək üçün əkib-becərdiyini və bu işlə 1985-ci ildən məşğul olduğunu bildirib. Onun barəsində plis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti