...

Sosinternin baş katibinin Bakıya səfərinin vaxtı müəyyənləşdi

Siyasət Materials 2 İyul 2007 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) dəvəti ilə Sosialist İnternasionalının baş katibi Luis Ayala iyulun 4-də Bakıda səfərdə olacaq. Bu barədə hazırda İsveçrədə səfərdə olan ASDP sədri Araz Əlizadə məlumat verib.

O qeyd edib ki, Sosinternin təşkilatçılığı ilə Cenevrədə keçirilən beynəlxalq konfransda iştirak edib.

Əlizadə bildirib ki, Ayala ilə birgə iyulun 3-də Londonda olacaq, həmin gün oradan Bakıya birgə yola düşəcəklər. İyulun 4-dən etibarən Sosinternin baş katibinin Azərbaycana səfəri çərçivəsində görüşləri başlanacaq. Baş katib Azərbaycanda bir sıra rəsmi şəxslərlə, siyasi partiyalarla, ASDP fəalları ilə görüşlər keçirəcək.

Xatırladaq ki, Ayalanın Bakıya səfəri əvvəlcə iyunun 25-ə, sonra isə vaxtı dəyişdirilərək iyulun 2-ə təyin olunmuşdu.

ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın lideri Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur. ASDP Sosialist İnternasionalında təmsil olunur.

Xəbər lenti

Xəbər lenti