...

AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 18 İyul 2007 13:23 (UTC +04:00)
AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfər proqramı açıqlanıb

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova, K.Ramazanova/ Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın inkişafı məsələlərinin müzakirə olunması üçün AB-nin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya səfər edəcək.

Xüsusi nümayəndənin Brüsseldəki ofisindən çərşənbə günü verilən məlumata görə o, Azərbaycana iyulun 19-da gələcək.

Ikigünlük səfəri zamanı Semnebi rəsmi şəxslər, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirmək niyyətindədir. Azərbaycan və AB arasındakı əlaqələrin cari vəziyyəti müzakirə olunacaq, həmçinin bu münasibətlərin səmərələşdirilməsi yolları barədə fikir mübadiləsi aparılacaq.

Avropa Komissiyasının Azərbaycandakı nümayəndəsi Alan Vaddamsın çərşənbə günü jurnalistlərə bildirdiyinə görə, Semnebi səfəri çərçivəsində xarici işlər naziri ilə danışıqlar aparacaq və bu danışıqlarda əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi olacaq.

Sonuncu dəfə Semnebi Azərbaycana 2006-cı ilin dekabrında səfər edib. Səfər zamanı AB-nin Avropa Qonşuluq Proqramı çərçivəsində tərəflər arasında əməkdaşlığın uğurlu inkişafı, Azərbaycan enerji ehtiyatlarının Avropaya tədarük olunması, Cənubi Qafqazda regional əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə olunub. Həmçinin iri regional layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan kəmərinin həiyata keçirilməsi, insan hüquqları və söz azadlığının təmin olunması, demokratik dəyişikliklər, seçki qanunvericiliyinin təkmilləşdirilməsi və s. məsələlər də müzakirə olunmuşdu.

Xəbər lenti

Xəbər lenti