...

Politoloq: Rusiya Böyük Britaniyanın tələbi ilə Konstitusiyanı dəyişməyəcək

Siyasət Materials 18 İyul 2007 19:34 (UTC +04:00)
Politoloq: Rusiya Böyük Britaniyanın tələbi ilə Konstitusiyanı dəyişməyəcək

Azərbaycan, Bakı /müx. Trend A.Bədəlova/ Rusiya heç vaxt Konstiutsiyanı pozmağa və Britaniya məhkəməsi tərəfindən RF-nin Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş əməkdaşı Aleksandr Litvinenkonun ölümündə təqsirləndirilən biznesmen Andrey Luqovoyu Londona təhvil verməyə razı olmayacaq.

"Rusiya Konstitusiyasına görə, bu mümkün deyil. Britaniyanın hakimiyyət orqanları hesab edirlər ki, təzyiq göstərsələr, rusiyalılar Konstitusiyanı dəyişəcək və Luqovoyu təhvil verəcəklər" - deyə çərşənbə günü RF-nin siyasi tədqiqatlar institutunun direktoru Sergey Markov telefonla Moskvadan verdiyi məlumatda bildirib.

Britaniyanın xarici işlər naziri Devid Milibend bazar ertəsi bəyan edib ki, Rusiyanın biznesmen Andrey Luqovoyu Britaniya məhkəmə orqanlarına təhvil verməkdən imtina etməsi səbəbindən Rusiya vətəndaşlarına viza verilməsi qaydalarında dəyişikliklər ediləcək. Bu arada Britaniya hökuməti RF ilə münasibətlərin "bir sıra aspektlərini" nəzərdən keçirmək niyyətindənir. Buraya xüsusilə Moskva ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı aparılan danışıqlar daxildir.

Politoloqun sözlərinə görə, Britaniya və Rusiya arasında münaqişənin konkret səbəbləri var. "Litvinekonun məsələsi geniş rezonans doğurdu və milyonlarla britaniyalını, o cümlədən bir çox avropalı və amarikalını qorxuya saldı. Britaniya orqanları güclü ictimai təzyiqə görə tələblər irəli sürə bilməzlər. Britaniya hökumət orqanları çox yaxşı bilir ki, onlar Litvinenkonu öldürməyiblər" - deyə politoloq qeyd edib.

Onun fikrincə, Britaniya hakimiyyət orqanları həmçinin əmindirlər ki, nəzarətdə saxlanılan oliqarx Berezovski bu cür addım ata bilməzdi. Politoloq həmçinin qeyd edib ki, Luqovoyun təhvil verilməsindən sonra da Rusiyanın vəziyyətinin yaxşılaşacağına əmin deyil.

Markovun sözlərinə görə, Luqovoyun Litvinenkonu öldürməsini sübut edən tutarlı dəlillərə malik olduqlarını iddia edən Britaniya orqanlarına inanmaq olmaz. O əmindir ki, Rusiya və Britaniya arasında münaqişə hələ davam edəcək, belə ki, tərəflər tamamilə fərqli mövqelərə malikdirlər. "Lakin bu böhranın miqyasının nə qədər geniş olacağını demək çətindir" - deyə politoloq qeyd edib.

Çərşənbə günü RF xarici işlən nazirinin müavini Aleksandr Qruşkonun verdiyi məlumata görə, ən yaxın zamanlarda Britaniyanın rəsmi orqanları Rusiyanın müvafiq qərarı barədə məlumatlandırılacaq. Rəsmi bəyənatla çıxış edərək RF XİN nümayəndəsi qeyd edib ki, Rusiyanın öz vətəndaşını təhvil verməkdən imtina etməsinə cavab olaraq Böyük Britaniyanın ölkədən rus diplomatını çıxarması addımını düzgün hesab etmək olmaz. Qruşkonun bildiridiyi kimi, London Rusiyanı öz Konstitutiyasına əməl etdiyinə görə cəzalandırmağa çalışır və bu, "heç bir məntiqə sığmır".

Xəbər lenti

Xəbər lenti